Baku ID 2026 innovasiya festivalı SABAH.city-də başa çatıb
Sentyabrın 17-18-də SABAH.city innovasiya şəhərciyində regionun aparıcı innovasiya tədbirlərindən biri – “Baku ID 2026” innovasiya festivalı keçirilib.
İki gün ərzində SABAH.city yerli və beynəlxalq startapları, investorları, texnologiya və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirib. Festival çərçivəsində süni intellekt, vençur kapitalı, fintech, səhiyyə texnologiyaları, təhsil texnologiyaları və digər aktual istiqamətlər üzrə panel sessiyaları, çıxışlar və startap təqdimatları keçirilib.
Festival çərçivəsində beynəlxalq “Startup World Cup”ın Azərbaycan Regional Finalı da təşkil olunub. 20 ölkədən 160 müraciətin daxil olduğu yarışın finalında 10 startap iştirak edib. “4sell.ai” yarışın qalibi olaraq San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale”da iştirak hüququ qazanıb.
Tədbirin ikinci günündə keçirilən “NEXUS Awards” çərçivəsində 15 kateqoriya üzrə 80 startap mübarizə aparıb, açıq səsvermədə isə 100 mindən çox səs toplanıb. Ümumilikdə 12 startap qalib elan olunub. Qaliblər arasında Forg3t Protocol, Ayan Capital, Paypercut, Wellbees, Jusoor Labs və Fuelin yer alıb. MEVP “Venture Capital Fund of the Year” seçilib, Sina Afra isə “Special Recognition Award” ilə təltif olunub.
Festival çərçivəsində SABAH.HUB, SABAH.fund və “AI Startup Factory” arasında startapların inkişafı və investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan memorandum da imzalanıb.
“Baku ID 2026”nın SABAH.city-də keçirilməsi innovasiya şəhərciyinin startaplar, investorlar və ekosistem iştirakçıları üçün regional görüş və əməkdaşlıq məkanı kimi rolunu bir daha nümayiş etdirib.
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə