SABAH.city

Yüksək Texnologiyalar Parkı və IT Park Uzbekistan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı

Sentyabr 23, 2026Oxuma müddəti: 2 dəq
News CoverSABAH.city

23 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə Özbəkistan Respublikasının IT Park Uzbekistan arasında

İmzalayacaq şəxslər: Nihat Məcidov (YTP) və Azamat Karamatov (İT Park Uzbekistan)

Əməkdaşlıq çərçivəsində tərəflər arasında aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi nəzərdə tutulur:
- Startap və innovasiya ekosistemlərinin inkişafı – Azərbaycan və Özbəkistan startapları arasında əlaqələrin qurulması, təcrübə və bilik mübadiləsinin təşviqi;
- Beynəlxalq bazarlara çıxış – tərəflərin ekosistemlərində fəaliyyət göstərən texnologiya şirkətləri və startapların qarşılıqlı bazarlara çıxışının və beynəlxalqlaşmasının dəstəklənməsi;
- Texnologiya transferi və kommersiyalaşdırma – innovativ texnologiyaların inkişafı, tətbiqi və kommersiya potensialının reallaşdırılması istiqamətində əməkdaşlığın təşviqi;
- Birgə proqram və tədbirlər – inkubasiya və akselerasiya proqramları, startap müsabiqələri, biznes missiyaları, investisiya tədbirləri, seminarlar və digər innovasiya yönümlü təşəbbirlərin birgə təşkil edilməsi;
- İnvestisiya və biznes əlaqələri – startaplar, texnologiya şirkətləri, investorlar və digər ekosistem iştirakçıları arasında əlaqələrin genişləndirilməsi;
- Təcrübə və bilik mübadiləsi – texnoparkların idarə edilməsi, innovasiya infrastrukturu, rezidentlərə göstərilən xidmətlər və startapların inkişafına dəstək mexanizmləri üzrə qarşılıqlı təcrübə mübadiləsi.

Əlavə olaraq, 23 Sentyabr 2026 tarixində, Yüksək Texnologiyaları Parkının baş icraçı direktorun müavini Abutab Abbasova tərəfindən NEXUS programı çərçivəsində görüş keçirilmişdir. Görüşdə özbək startaplarının Azərbaycan bazarına girişi, potensial müştərilər ilə əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıqların qurulması haqqında məlumat verilmişdir.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image