SABAH.city

“SABAH.HUB” və Geologiya İnstitutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Sentyabr 21, 2026Oxuma müddəti: 1 dəq

“SABAH.HUB” ilə Geologiya İnstitutu arasında strateji əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının nəzdində həyata keçirilən “SABAH.city” innovasiya şəhərciyi layihəsi çərçivəsində reallaşdırılır.

Memorandumun əsas məqsədi elmi-tədqiqat potensialının sənayenin müasir tələbləri ilə uzlaşdırılması, birgə layihələrin həyata keçirilməsi və elmi nəticələrin praktik tətbiq imkanlarının genişləndirilməsi, həmçinin elm-təhsil-sənaye əlaqələrinin gücləndirilməsidir.

Əməkdaşlıq çərçivəsində elmi və texnoloji innovasiyaların dəstəklənməsi, tədqiqat nəticələrinin kommersiyalaşdırılması, yeni texnologiyaların tətbiqi və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanmış memorandum Geologiya İnstitutunun elmi potensialının “SABAH.city”də formalaşan innovasiya mühitinə inteqrasiyasına, elmi biliklərin texnoloji və iqtisadi dəyərə çevrilməsinə, eləcə də geologiya və əlaqəli sahələrdə yeni əməkdaşlıq imkanlarının inkişafına töhfə verəcək.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image