İnsan Resursları üzrə Təcrübəçi (HR Intern)
Şirkət haqqında
"PASHA Financial Holding" qrupun maliyyə, fintech, elektron ticarət və sığorta sahəsindəki fəaliyyətlərini mərkəzləşdirilmiş şəkildə idarə etmək məqsədilə yaradılmış və 30 dekabr 2025-ci ildə rəsmi fəaliyyətə başlamış "PASHA Holding" törəmə şirkətidir. Baş icraçı direktor Fərid Məmmədovun rəhbərlik etdiyi bu qurum, "PASHA Holding"in beş istiqamətli strukturunda maliyyə və texnologiya əsaslı aktivləri əlaqələndirir.
Rol haqqında
İnsan Resursları üzrə Təcrübəçi (HR Intern) gündəlik İR proseslərinin idarə edilməsində Ümumi Mükafatlandırma və İR Əməliyyatları (Total Rewards and HR Operations) komandasına dəstək verəcək. Bu rol təməl peşəkar bacarıqları inkişaf etdirməklə yanaşı, böyük bir təşkilat daxilində İR əməliyyatlarının necə işlədiyini praktiki şəkildə öyrənmək üçün əla imkandır.
Vəzifələr
Ümumi Mükafatlandırma və İR Əməliyyatları (Total Rewards and HR Operations) komandası daxilində İR əməliyyatlarına və inzibati tapşırıqlara dəstək vermək
İR ilə bağlı məsələlərdə daxili komandalar və xarici tərəfdaşlarla koordinasiya aparmaq
İR proseslərinin və sənədləşməsinin təşkilinə və izlənilməsinə kömək etmək
Tədbirlərin və təlim sessiyalarının logistikasına dəstək göstərmək
Lazım olduqda peşəkar yazılı kommunikasiya və yazışmaların aparılmasına töhfə vermək
Tələblər
Əvvəlki iş təcrübəsi tələb olunmur
Hal-hazırda tələbə və ya yeni məzun olmaq (tercihən Biznes, İnsan Resursları, Menecment və ya əlaqəli sahələr üzrə)
Azərbaycan və İngilis dillərində aydın ünsiyyət qurmaq bacarığı
Əsas MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı
Əlaqəli vakansiyalar
Bütün vakansiyalara baxƏlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə